Lənkəranda qeyri-adi daş: Çox qədimdir, heç kim nə olduğunu bilmir
Lənkəran şəhərinin Kosalar kəndinin Mionvu deyilən məhəlləsində aşkar olunan qədim daşın tədqiq olunmasına ehtiyac var.
Həvəskar arxeoloq Cavanşir Həsənzadənin APA TV-nin yerli bürosuna verdiyi məlumata görə, üzərində mifik heyvan fiquru olan bu daşı o, kərpic divarlarla əhatə olunan kurqanın yamacında aşkar edib.
Tapıntının təqribən e.ə III – II əsrlərə aid olduğu bildirilir.
Həvəskar arxeoloq təəssüflə bildirir ki, daşın tapılmasından bir neçə il keçməsinə baxmayaraq, hələ də aidiyyəti qurumlar onunla maraqlanmayıblar.
Aşkarlanan bu tapıntı hazırda Lənkəran tarix-diyarşünaslıq muzeyinin daş abidələr bölməsində qorunub saxlanılır və muzeyə gələn xarici və yerli qonaqların marağına səbəb olur.
Qeyd edək ki, tarixi kitablardan məlum olur ki, bu cür fiqurlu gerbi olan dövlətlər, əsasən şərq dövlətləri olur. Bu dövlətlər üzərində şir həkk olunan gerblərdən istifadə etməklə öz güclərini nümayiş etdiriblər. Bunun da Azərbaycan ərazisində aşkar olunması, xalqımızın ta qədimdən böyük bir gücə, qüdrətə malik olduğunu göstərir.
İlkin Rzayev
Rövşən Almazoğlu
APA TV / Lənkəran
OXŞAR XƏBƏRLƏR
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə