Lənkəranda minik avtomobili aşdı, 71 yaşlı sərnişin öldü
Astaradan Bakıya qayıdan avtomobil Lənkəranda qəzaya uğrayıb. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Ələt-Astara magistral yolunda Vüsal Əzizovun idarə etdiyi “Mercedes” markalı avtomobil Lənkəranın Girdəni kəndi ərazisindən keçən zaman hərəkət zolağından kənara çıxıb və aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən 69 yaşlı Cəmilə Məmmədova və 29 yaşlı Nigar Əzizova müxtəlif bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Digər sərnişin, 71 yaşlı Azadə Məmmədova isə hadisə yerində dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran filialına təhvil verilib. Ölən və yaralananların hamısı Astara rayonu Ərçivan qəsəbəsinin Bakıda yaşayan sakinləridir. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."