Lənkəranda koronavirusla mübarizə üçün binalar dezinfeksiya olunur
Koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik işlərin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə dövlət tərəfindən xüsusi tədbirlər görülür. Lənkəranda da təhsil, səhiyyə müəssisələri, idarə və təşkilatların inzibati binaları ilə yanaşı, yaşayış binaları da dezinfeksiya edilir.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Mənzil Təsərrüfatı İdarəsinin nəzdində olan 70-ə yaxın binaların girişləri, meydançalar, ümumiyyətlə insanların istifadə etdiyi bütün yerlər dezinfeksiya olunur. Dezinfeksiyada istifadə olunan məhlullar virusun tam məhvini təmin edir.
Lənkəran Mənzil Təsərrüfatı İdarəsinin əməkdaşı Arif Əkbərovun sözlərinə görə, hazırda 8-9 mərtəbəli binada koronavirusla bağlı dezinfeksiya işləri aparılır. “Dezinfeksiya işləri əsasən liftlərdə, pilləkən qəfəslərində aparılır. Bundan sonra biz ikinci 9 mərtəbəyə, Qala xiyabanı 28-ə gedəcəyik. Sonra 60-a yaxın 5 mərtəbəli binamız var, onlarda da dezinfeksiya işləri aparılır”.
Rayon sakini Eldar Məmmədov da dezinfeksiya işlərinin aparıldığını təsdiq edir: “Zirzəmilərdən tutmuş 9-cu mərtəbəyədək dezinfeksiya olundu. Ümidimiz var ki, bununla da koronavirus bəlasından canımız qurtaracaq”.
Dezinfeksiya işləri binaların tullantı qablarında da aparılır. Bu işlərin mütəmadi olaraq davam edəcəyi bildirilir.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib