Lənkəranda internet provayderinin əməkdaşını cərəyan vuraraq öldürüb
Lənkəranda internet provayderinin əməkdaşını cərəyan vuraraq öldürüb. Lənkəranda 32 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. Hadisə bu gün Lənkəran rayonunun Gərmətük kəndi ərazisində baş verib. İnternet Provayderlərindən birinin əməkdaşı Lənkəran rayonunun Mamusta kənd sakini 32 yaşlı Cəmil Həsənov, internet xətti çəkərkən, yüksək gərginlikli elektrik xəttlərinə toxunub. Bu zaman onu cərəyan vuraraq yerə çırpıb. Ətrafdakıların köməyi ilə huşsuz vəziyyətdə olan Cəmil Həsənov Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər ona ilkin tibbi yardım göstərməyə çalışsalar da, onu həyata qaytarmaq mümkün olmayıb. Onun həkimə qədər ölüm faktı qeydə alınıb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. İlkin Rzayev Rövşən Almazoğlu APA TV Lənkəran
OXŞAR XƏBƏRLƏR
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 193 sakin yurda döndü
Önümüzdəki günlərdə HAVA NECƏ OLACAQ? – AÇIQLAMA
Şərurun hülüsü niyə bu qədər məşhurdur?