Lənkəranda güclü külək ağacı avtomobilin üzərinə aşırıb
Lənkəranda güclü külək nəticəsində irigövdəli ağac hərəkətdə olan avtomobilin qarşısına aşıb. Hadisə gecə saatlarında köhnə Ələt-Astara magistral yolun Lənkəran rayonundan keçən hissəsində qeydə alınıb. Lənkəran sakini Yalçın Həsənova məxsus “KİA sorento” markalı avtomobil Astara istiqamətində hərəkətdə olarkən qarşısına irigövdəli ağac aşıb. Hadisə baş verən zaman sürücü avtomobildə yaxın qohumu ilə birlikdə olub. Qəzada xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Ağac yolun hərəkət istiqamətinə düşdüyündən gediş-gəlişi bərpa etmək üçün hadisə yerinə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin DYP bölməsinin əməkdaşları cəlb olunub. Ərazidə tıxac yaranmasın deyə ağac qırıntıları yoldan götürülüb. Magistral yolda avtomobillərin hərəkətinə təmin edilib. İlkin Rzayev Rövşən Almazoğlu APA tv Lənkəran
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi