Lənkəranda bu yolda maşınlar dayanacaqda oturan sakinləri vurur
Lənkəran rayonunun Parakənd kənd tam orta məktəbi Ələt – Astara magistralının yaxınlığında yerləşir. Şagirdlər hər gün məktəbə gedib – gəlmək üçün yolun digər hissəsinə keçmək məcburiyyətində qalırlar. Bu da onlar üçün təhlükə yaradır. Valideynlər deyir ki, narahatlıq əsasən bəzi məsuliyyətsiz sürücülərdəndir. Sakinlər deyir ki, magistralda sürücülərin sürət həddini aşması təkcə şagirdlər üçün deyil, eyni zamanda böyüklər üçün də təhlükə yaradır. Onlar yoldakı hərəkəti tənzimləmək üçün işıqforun qoyulmasını istəyirlər.
Məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etdik. Müraciətimizə dərhal baxıldı. İlkin olaraq yola piyada zolağı çəkildi və yol nişanı quruldu. Vətəndaşların işıqfor quraşdırılması ilə bağlı tələbinə gəlincə isə Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Toğrul Nəsirli bildirdi ki, yaxın vaxtda ərazidə monitorinq aparılacaq və ehtiyac olduğu müəyyən edilərsə, uyğun tədbirlər həyata keçiriləcək.
Qeyd edək ki, Parakənd kəndində 400 – dən çox ailə var. Ailələrin yarıdan çoxu yolun digər bir hissəsində yaşayır. Onlar hər gün övladlarını məktəbə aparmaq üçün yolun əks istiqamətinə keçmək məcburiyyətində qalırlar.
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər