Lənkəranda bu məktəb hər an uça bilər
Lənkəran rayonun Həsrət Hüseynov adına “Çay Fabriki” qəsəbə tam orta məktəbinin binası qəzalı vəziyyətdədir. 1952 – ci ildən uyğunlaşdırılmış binada fəaliyyət göstərən təhsil ocağında indiyə kimi heç bir əsalı təmir işləri aparılmayıb.
Bina elə bir vəziyyətdədir ki, görən bir-iki ilə uçacağı qənaətinə gələr. Bunu biz yox, valideynlər deyir. Onlar övladlarını müəllimlərə təhvil verəndə öncə onların təhlükəsizliyinə nəzarəti, sonra təhsillə məşğul olmalarını xahiş edirlər.
Lənkəran rayonu üzrə təhsil sektorundan bildirildi ki, “Çay Fabriki” tam orta məktəbində olan problemdən xəbərdardırlar. Yaxın vaxtlarda qəsəbədə şagirdlər üçün yeni məktəb binasının tikilişi nəzərdə tutulub.
“Çay Fabriki” tam orta məktəbi iki növbəlidir. Burada təhsil alan 185 şagirdin təlim – tərbiyəsi ilə 37 müəllim məşğul olur.
İlkin Rzayev
Rövşən Almazoğlu
APA TV Lənkəran
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib