Lənkəranda binada yanğın, 20 nəfər təxliyə edildi
Lənkəranda yaşayış binasında yanğın olub.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, yanğın şəhər ərazisində, akademik Zərifə Əliyeva küçəsi bina 19, mənzil 50-də baş verib. Hadisə zamanı Nailə Babayevaya məxsus mənzilin 5 kvadratmetr sahəsi yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları və Lənkəran Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın lokallaşdırılaraq digər mənzillərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı evdə olan 2 nəfərdən heç biri xəsarət almayıb.
Yanğın baş verən vaxt ətraf mənzillərin sakinləri ilə birlikdə 20 nəfər təxliyə edilib.
Yanğının məişət texnikasındakı nasazlıqdan baş verdiyi ehtimal edilir.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib