Lənkəranda bayram süfrəsini bu yeməklərsiz təsəvvür etmək olmur – APA TV
Çərşənbələrin sonuncusu “Torpaq çərşənbəsi”ində və novruz günü Lənkəranlıların süfrəsini balıqsız təsəvvür etmək mümkün deyil. Bu ərəfədə ailələr büdcələrinə uyğun olaraq kimisi kiçik balıq, kimisi də böyük balıq alır. Bəzən də elə olur ki, balığı 5 – 10 gün qabaq alıb soyuducuda saxlayırlar. Əsas odur süfrədə balıq olsun, özü də “ziyad” (kütüm) balığı. Balıqla yanaşı süfrədə digər milli yeməklər də hazırlanır. Bu il sonuncu çərşənbə və Novruz bayramı arasında bir gün fərq olduğundan hər iki günə aid yeməklər hazırlanır. Lənkəranlı bir ailənin qonağı olduq. Bayram üçün hansı yeməklərin və necə hazırlanmasının şahidi olduq.
İnterşum: Vüsalə İsrafilova (evin xanımı)
Quş plov, balıq, tərə, kükü və ev çolpasının hazırlanması xüsusi zəhmət tələb edir.
Yeməklər hazır olandan sonra, evə çağrılan qonaqlarla birlikdə süfrə arxasında yeməklərin dadına baxılır.
Bayramlarınız mübarək olsun.
İlkin Rzayev,
Rövşən Almazoğlu, APA TV, Lənkaran
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"