Lənkəranda avtomobillərə qənim kəsilən şəxs saxlanıldı
Lənkəranda avtomobillərə qənim kəsilən şəxs saxlanılıb.
Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində, gecə saatlarında “BMW” markalı avtomobildən şüşəsini sındırmaq yolu ilə 300 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçirib. Keçirilən əməliyyat nəticəsində faktı törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunan Ceyhun Bədəlzadə müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən heroin aşkarlanaraq götürülüb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri nəticəsində onun oğurluq məqsədilə ümumilikdə 7 avtomobilə şüşəsini qırmaq yolu ilə daxil olduğu müəyyən edilib. Bundan başqa Ceyhun Bədəlzadənin rayon ərazisindəki bir mağaza və bir emalatxanadan ümumilikdə 4481 manat dəyərində mobil telefon, məişət əşyaları, təmir-tikinti alətləri və nağd pul oğurladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək