Lənkəranda avtomobil 53 yaşlı qadını vuraraq öldürdü
Lənkəranda piyada ölümü ilə nəticələnən yol qəza hadisəsi baş verib.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.
Lənkəranın Gərmətük kənd sakini Tale Rzayev "Mercedes Benz" markalı minik avtomobili ilə Astara istiqamətində hərəkətdə olarkən, idarəetməni itirərək 1969-cu il təvəllüdlü Rəvanə İsrafil qızı Babayevanı vurub.
Sonra avtomobil yaxınlıqdakı elektrik dirəyinə çırpılaraq dayanıb.
Piyada hadisə yerindəcə dünyasını dəyişib.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.
Qadının Lənkəranda çay fabrikində çalışdığı, həmin vaxt işə getdiyi bildirilir.
Sürücü saxlanılıb. Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.
İlkin Rzayev
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək