Lənkəranda ana qeysəriyyə əməliyyatından sonra öldü
Lənkəranda ana doğuş zamanı dünyasını dəyişib. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, ölüm hadisəsi Lənkəran Regional Perinatal Mərkəzində qeydə alınıb. Astara rayonunun Rüdəkənar kənd sakini 26 yaşlı Elmirə Əhədli 3-cü övladını dünyaya gətirmək üçün regional mərkəzə çatdırılıb. Xəstənin yaxınları ilə söhbətimiz zamanı məlum oldu ki, ana Astaradan Lənkərana yola salınarkən, onda hər hansı bir xəstəlik və ya səhhəti ilə bağlı şikayət olmayıb. Buna baxmayaraq, qadın qeysəriyyə əməliyyatından sonra dünyasını dəyişib. Lakin həkimlər uşağın həyatını xilas edə biliblər. Dünyaya gələn oğlan uşağıdır və çəkisi 2,8 kq-dır. Körpənin vəziyyəti ağır olaraq qalmaqdadır. Məhkəmə-tibbi ekspertizasının verəcəyi rəydən sonra ölümün başvermə səbəbi məlum olacaq. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
Ağdaşda xurma yığımının qızğın çağıdır