Lənkəranda AĞIR QƏZA: Keçmiş polis öldü
Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Kərgəlan kəndi ərazisində qeydə alınıb. Belə ki, Lənkəran şəhər sakini 37 yaşlı Vüsal Babayevin idarə etdiyi “Opel” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə yol kənarındakı rabitə dirəyinə çırpılıb, sonra isə kanala düşüb. Nəticədə avtomobildə olan Vüsal Babayev və onun oğlu xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da Vüsal Babayev xəstəxanada dünyasını dəyişib.
Qeyd ədək ki, Vüsal Babayev Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin keçmiş inspektoru olub.
Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev
Rövşən Almazoğlu
APA TV Lənkəran
OXŞAR XƏBƏRLƏR
19:50
499
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
536
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
505
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
918
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
927
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
923