Lənkəranda ağır qəza: 1 ölü, 24 yaralı
Lənkəranda ağır yol qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, sərnişin daşıyan avtobusun aşması nəticəsində sürücü ölüb, 24 nəfər xəsarət alıb. Bədbəxt hadisə avqustun 28-də axşam saatlarında rayonun Bəliton kəndində qeydə alınıb. 1957-ci il təvəllüdlü Ələmdar Şahvəli oğlu Ağayevin idarə etdiyi "PAZ" markalı sərnişin avtobusunun əyləcində olan nasazlıq səbəbindən nəqliyyat vasitəsi yoxuşdan geriyə gedərək yaşayış evinin həyətinə aşıb. Nəticədə sürücü yerindəcə dünyasını dəyişib, avtobusda olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları qəza nəticəsində deformasiyaya uğramış avtobusdan ölən və xəsarət alanları xüsusi alət və avadanlıqların köməyi İlə çıxarıblar. 24 nəfər yaralı sərnişin Lənkəran şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 3, Masallı "113 xidməti"nin bir maşını ilə və kənd sakinlərinin şəxsi avtomobillərinin köməyi ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Qəza nəticəsində xəsarət alanlar - 1949-cu il təvəllüdlü Rəfiqə Miri qızı Ağayeva, 1957-ci il təvəllüdlü Rəisə Canəli qızı Sadıqova, 1957-ci il təvəllüdlü Mirələm Baloğlan oğlu Quliyev, 1964-cü il təvəllüdlü Aytəkin İsaq qızı Qasımova, 1966-cı il təvəllüdlü Adilə Məmmədağa qızı Rəhimova, 1972-ci il təvəllüdlü Südabə Muxtar qızı Muradova 1972-ci il təvəllüdlü Şölə Filağa qızı İbrahimova, 1974-cü il təvəllüdlü Məryəm Məzahir qızı Ağayeva, 1977-ci il təvəllüdlü Pərvanə Vahab qızı Seyfullayeva, 1978-ci il təvəllüdlü Sevinc Vəliağa qızı Ağayeva 1981-ci il təvəllüdlü Sevda Şirəli qızı Yusubova, 1982-ci il təvəllüdlü Hafiz Allahverdi oğlu Ağayev, 1983-cü il təvəllüdlü Kifayət Xeyrulla qızı Muradova, 1984-cü il təvəllüdlü Göyçək Mehrəli qızı Əliyeva, 1990-cı il təvəllüdlü Şəfəq Cəsail qızı Zamanova, 1997-ci il təvəllüdlü Milana Qılman qızı Cəfərli, 2001-ci il təvəllüdlü Səbinə Rizvan qızı Hüseynova, 2001-ci il təvəllüdlü Sevgiyyə Əzim qızı Ağayeva, 2004-cü il təvəllüdlü Ülviyyə Əzim qızı Ağayeva, 2006-cı il təvəllüdlü Aycan Məhərrəm qızı Yusubova, 2008-ci il təvəllüdlü Rahim Şamməd oğlu İbrahimov və 2013-cü il təvəllüdlü Yusif Zamin oğlu Novruzov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 23-ü Travmatologiya şöbəsinə, 1972-ci il təvəllüdlü Südabə Muxtar qızı Muradova isə ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."