Lənkəranda ağac aşdı, 3 bina işıqsız qaldı
Lənkəranda iri gövdəli ağac aşaraq 3 binanı işıqsız qoyub.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhərin “1-ci mikrorayon” kimi tanınan ərazisində baş verib.
Zərifə Əliyeva küçəsindəki binanın qarşısındakı iri gövdəli çinar ağacı güclü külək səbəbindən aşıb. Oradan keçən 2 işıq dirəyinə ziyan dəyib və elektrik xətləri sıradan çıxıb. Nəticədə həmin küçədə yerləşən 18, 19 və 22 saylı binalarda yaşayan 225 ailə işıqsız qalıb. “Üç binanın üçü də sönüb, camaat işıqsız qalıb. İşıq dirəyini aşırıb, naqillər hamısı yerdədir, uşaqları cərəyan vura bilər”.
Hazırda ərazidə fəsadın aradan qaldırılması üçün “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən müvafiq işlər görülür.
Qeyd edək ki, yaxın saatlarda elektrik enerjisinin bərpa olunacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək