Lənkəranda 3 maşın toqquşdu, piyada xəsarət aldı - ŞİKƏST QALA BİLƏR
Lənkəranda baş verən zəncirvari qəzada yolu keçən piyada ağır xəsarət alıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, şəhərin "Kürə" kimi tanınan ərazisində 3 avtomobil toqquşub.
Ləj kənd sakini, 1991-ci il təvəllüdlü Hafiz Yunusağa oğlu Məmmədovun sükanı arxasında olduğu “Ford” markalı avtomobillə, şəhər sakini, 1990-cı il təvəllüdlü İsmayıl Ağazadə oğlu Əliyevə məxsus “QAZ 24” markalı maşın toqquşub. Toqquşmanın təsirindən “Volqa” yol kənarında dayanan Lənkəran şəhər sakini Bəybala Şahkərim oğlu Mirzəyevin "VAZ 2106" markalı avtomobilini səkiyə tərəf sıxışdırıb. Bu zaman yolu keçən piyada - Lənkəran şəhər sakini, 55 yaşlı Nasim Təyyar oğlu Şahbazov ağır bədən xəsarəti alıb. Yaralı sağ ayağının baldır sümüyünün çox saylı sınıqları ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib: “Ora heç qəza olan yer deyil. Çörək alırdım. Bir də gördüm arxadan bir maşın dəydi. Ayağım təkərlə səkinin arasında qaldı”.
Xəsarət almış piyadanın ayağının amputasiya ediləcəyi təhlükəsi qalmaqdadır.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək