Lənkəranda 3 günə 2 maşın oğurlanıb - OĞRULAR İZİ İTİRƏ BİLİB

Lənkəranda 3 gün ərzində 2 avtomobil oğurlanıb. APA TV-nin cənub bürosunun məlumatIna görə, hər iki oğurluq faktı Sütəmurdov kəndində qeydə alınıb. İlk zərərçəkən kənd sakini Fuad Zeynalovdur. Onun evinin qarşısında saxladığı 42-BZ-542 dövlət qeydiyyat nişanlı, ağ rəngli "VAZ 2107" markalı maşını gecə saat 3 radələrində oğurlanıb. Naməlum şəxs və ya şəxslər maşının ön şüşəsindən içəri daxil olub və nəqliyyat vasitəsini Bakı istiqamətində sürərək aradan çıxıblar. Oğurlanmış avtomobilin dövlət qeydiyyat nömrə nişanları Cəlilabad rayonu ərazisində tapılıb və onun aqibəti ilə bağlı bundan başqa məlumat yoxdur: Anloji hadisə 3 gündən sonra Səbuhi Abbasovun başına gəlib. İyul ayının 27-si, gecə saatlarında yaşadığı evin qabağından qapıları kilidli olan 44-BF-941 dövlət qeydiyyat nişanlı, ağ rəngli "VAZ 2106" markalı avtomobil naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb. Maşının sahibi oğurluq edənlərin professional və yaxşı hazırlanmış olduqlarını deyir: Avtomobili görənlərdən DİN-in “102 Zəng Mərkəzi” xidmətinə və ya Lənkəran Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR