Lənkəran silsilə oğurluqlar edən şəxs ələ keçdi
Silsilə oğurluqlar edən Lənkəran sakini saxlanılıb.
Lənkəran şəhəri ərazisindəki evlərdən birinin həyətindən təmir-tikinti alətləri və 1 ədəd velosipedin oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Niyaz Cəfərov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun rayon ərazisində yaşayış evləri, ofis, gözəllik salonu daxil olmaqla, ümumilikdə 9 ünvandan oğurluq etdiyi müəyyən edilib.
Oğurlanan əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanıldıqdan sonra Niyaz Cəfərovun üzərindən heroin aşkarlanaraq götürülüb.
Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktlarla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər