Lənkəran sakininin evindən silah çıxdı
Lənkəranda polisin keçirdiyi əməliyyat zamanı vətəndaşlardan silah - sursat və küllü miqdarda narkotik götürülüb. Əməliyyat ilk olaraq Balıqçılar qəsəbəsində keçirilib. Nəticədə Lənkəran rayonunun Balıqçılar qəsəbə sakini Samir Ağakişiyev saxlanılıb. Keçirilən baxış zamanı saxlanılan şəxsin üzərindən heroin və metamfetamin, yaşadığı evdən isə AK-74 markalı avtomat silahı, həmin silaha aid 1 ədəd daraq və 10 ədəd patron aşkarlanaraq götürülüb. Bundan başqa, Lənkəran şəhəri “Ləvəngi dairəsi” ərazisində xidmət aparan şöbənin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılan “Kia Optima” markalı avtomobilin sürücüsünün narkotik vasitənin təsiri altında olmasına dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Narkotik vasitənin sərxoşluğu altında olduğu müəyyən edilən sürücü, Masallı rayon sakini Vaqif Tağıyevin üzərinə keçirilən baxış zamanı 40 qram heroin, əlavə olaraq metamfetamin aşkarlanaraq götürülüb. Faktlarla bağlı araşdırma aparılır. İlkin Rzayev Rövşən Almazoğlu APA TV Lənkəran
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər