Lənkəran sakininin 6 ayda 4-cü dəfə mal-qarası oğurlandı - MÜƏMMA
Lənkəranın Şilim kənd sakininin son 6 ay ərzində dördüncü dəfədir ki, mal-qarası oğurlanır. Nə oğrulardan xəbər var, nə də oğurlananların aqibətindən. APA TV-nin cənub bürosunun məlumatına görə, örüş sahəsindən günün günorta çağı 1500 manat dəyərində olan iribuynuzlu heyvan oğurlanıb. Kənd sakini Bəylər İsmayılova məxsus tövlədən oğurluqlar bir-birini əvəz edir. Sonuncu hadisə zamanı oğurlanan heyvan tapılandan 2 gün sonra yenə oğurlanıb: “Heyvanı anası ilə öz otlaq yerimə, icarəyə götürdüyüm torpaq yerinə buraxmışdım. Həmin yerdə 1500 manat dəyərində malım, sağmal inəyim yoxa çıxdı. 3 inəyim var, həmin inəyim yoxa çıxdı”. Oğurluqların təkrarlanması zərərçəkənləri narahat edir. Onlar analoji hadisələrin artıq hansısa ədavətdən irəli gəldiyini düşünür: “İndi həyətə girmək mümkün deyil deyə, sahədən mənim malımı aparıblar. Bütün mallar küçədədir, küçələrdə heyvanlar otarılır, sahələrdə heyvanlar başsız otarılır. Heç kimin inəyi, malı itmir. Biz heyvanları məcbur olub həyətdə saxlayırıq”. Qeyd edək ki, ayrı-ayrı vaxtlarda nə az, nə çox, düz 4 oğurluq hadisəsi nəticəsində Bəylər İsmayılovun tövləsindən ümumilikdə 4 qoyun və 1 inək oğurlanıb. Zərərçəkmiş oxşar hadisələr səbəbindən ona dəymiş maddi ziyanın ödənilməsini istəyir. Faktla bağlı araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."