Lənkəran sakinin avtomobilində narkotik vasitə aşkarlandı
Lənkəran sakini avtomobilində düzəltdiyi gizli saxlanc yerində narkotik daşı
Avtomobilində düzəltdiyi gizli saxlanc yerində narkotik daşıyan Lənkəran sakini saxlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri keçiriblər.
Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini Cəsarət Mirzəyev Ələt-Astara yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində idarə etdiyi “VAZ-2106” markalı avtomobildə saxlanılaraq polis şöbəsinə gətirilib.
Keçirilən baxış zamanı Cəsarət Mirzəyevin üzərindən və idarə etdiyi avtomobilin arxa oturacağının alt hissəsində quraşdırdığı gizli saxlanc yerindən ümumilikdə 1 kiloqram 125 qramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV. Lənkəran
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar