Lavrovla Mirzoyan Hindistanda: Azərbaycan haqqında nələr danışdılar?
Martın 3-də Yeni Dehlidə “Raysin dialoqu” 8-ci beynəlxalq konfransı çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar olub.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlər ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər.
Ümumi inteqrasiya birlikləri çərçivəsində beynəlxalq platformalarda əməkdaşlığın təşviqinə yanaşmalar yoxlanılıb. Regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli sazişlərə uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün istiqamətləri üzrə səylərin gücləndirilməsinin aktuallığı qeyd edilib. Gələcək diplomatik təmaslar barədə razılıq əldə olunub.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib