Lavrov: "Rusiyaya qarşı sanksiyalar çoxdan hazırlanıb və çətin ki, ləğv olunsun"
Qərbin başlatdığı anti-Rusiya sanksiyaları çoxdan hazırlanıb və çətin ki, ləğv olunsun. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransanın “TF1” telekanalına müsahibəsində deyib.
“Siz dediniz ki, diplomatlar hər iki tərəfdən qovulur. Biz heç kəsi qovmamışıq. İsteriyaya bənzəyən bu sanksiyalar Qərbin təşəbbüsüdür. Onların tətbiq olunma sürəti və həcmi göstərir ki, bu bir gecədə hazırlanmayıb. Onlar çoxdan planlanıb. Çətin ki, bu sanksiyalar aradan qaldırılsın”, - deyə Lavrov bildirib.
Rusiyalı nazir deyib ki, sanksiyalar başa çatsa belə o bir müddət qüvvədə qalacaq. Onun sözlərinə görə belə bir açıqlama ABŞ-ın müttəfiqləri tərəfindən verilib.
OXŞAR XƏBƏRLƏR
18:19
1431
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
18:00
1458
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
14:07
1703
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
1041
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
12:53
1236
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
18:25
1701