Lavrov: "Qərb Ukraynaya Rusiya ilə danışıqları davam etdirməyi qadağan edib"
Qərb martın 29-da İstanbulda keçirilən Rusiya-Ukrayna görüşündən bir gün sonra Kiyevə Moskva ilə danışıqları davam etdirməyi qadağan edib.
APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Serbiyanın “Radio and Television of Republika Srpska”ya müsahibəsində deyib.
Rusiyanın baş diplomatı Ukrayna ilə bağlı danışıqların hazırkı mərhələsi ilə bağlı suala belə cavab verib:
“Ukrayna iki ay əvvəl bu məsələnin həlli ilə bağlı təklif irəli sürmüşdü. Biz bu təklifləri əsas götürdük. Nümayəndə heyətlərinin İstanbuldakı görüşündən bir gün sonra Qərb ukraynalılara bu prosesi davam etdirməyi qadağan etdi”.
Nazir Ukrayna tərəfinin mövqeyinin bundan sonra dəyişdiyini deyib.
“Onlar mövqelərini sərtləşdirdilər. Buçada təxribat baş verdi. Bu, açıq-aydın təşkil olunmuşdu. Rusiya hərbçiləri bu ərazini tərk etdikdən 3 gün sonra orada insanlar yaşayırdı, mer küçələri gəzirdi. Cəmi üç gündən sonra orada cəsədlər tapdılar”,- deyə Lavrov bildirib.
Onun sözlərinə görə, Buçada dünyasını dəyişənlərin adları Qərb mediasında və sosial şəbəkələrdə göstərilib. Heç kim bu insanların hansı səbəbdən ölüməsi barədə məlumat təqdim etməyib.
OXŞAR XƏBƏRLƏR
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir