Lavrov Abdullahian görüşündə gərgin anlar
Mart ayının 30-da İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Moskvaya səfəri zamanı ona qarşı hörmətsizlik edilib.
Nazir rusiyalı həmkarı Sergey Lavrovun onu qarşılaması üçün Rusiya Xarici İşlər Nazirliyinin binasının qarşısında avtomobilində xeyli gözləyib. Lakin Lavrov onu qarşılamağa çıxmayıb.
Abdullahian XİN binasına daxil olduqdan sonra Lavrov ona "Görünür, siz maşından düşmək istəmirdiniz" deyə kameralar qarşısında müraciət edib. "Mən gözləyirdim" deyən nazirə rusiyalı həmkarı "Nə gözləyirdiniz?" deyə yenidən kinayə ilə ritorik sual verib.
Rusiyanın bu addımı İranda XİN rəhbərinin aşağılanması kimi qiymətləndirilib:
"Ruslar bir ölkənin mövqelərindən narazı olanda bunu kamera qarşısında davranışlarında göstərirlər. Yəqin ki, Rusiya İranın Ukrayna ilə bağlı mövqeyini dəyişdirdiyinə görə bu addımı atıb".
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib