Latviyanın sabiq prezidenti: “BMT-nin qətnamələrinin icra mexanizmi gücləndirilməlidir”
“BMT-nin çağırışlarının, qətnamələrinin icra mexanizmi gücləndirilməlidir”.
APA TV-nin xəbərinə görə, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa Qlobal Bakı Forumu çərçivəsində “Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələrdən əvvəl mediaya açıqlamasında deyib:
O qeyd edib ki, BMT və qurumları səmərəli fəaliyyət göstərməlidir: "Dünyada hələ də həllini tapmayan problemlər var. Bunlardan biri vaksinlərin ədalətli şəkildə paylanmamasıdır".
Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa bildirib ki, Azərbaycanın digər ölkələrə yardımı pandemiya ilə mübarizədə əməkdaşlıqdan və həmrəylikdən xəbər verir: “Bu gün çıxışı zamanı Prezident də hazırda dünyada baş verən proseslərdə, məsələn, Qlazqoda keçirilən iqlim konfransı kimi beynəlxalq səylərə dəstək verilməsinin vacibliyini vurğuladı. Bu gün işə başlamış Bakı Qlobal Forumunda çıxış edən vacib şəxslər, o cümlədən ÜST və BVF rəhbərləri Azərbaycanın pandemiya ilə mübarizədə verdiyi töhfənin, o cümlədən pandemiya dövründə dəstəyə ehtiyac duyan ölkələr üçün maliyyə yardımının ayrılmasının əhəmiyyətini vurğuladılar. Bu yardım pandemiya ilə mübarizədə əməkdaşlıqdan və həmrəylikdən xəbər verir”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib