Latviya ilə yeni anlaşma: Bu dəfə yaşıl enerji
İqtisadiyyat naziri Mikayıl Cabbarov Latviya Prezidenti Katibliyinin rəhbəri Andris Teikmanis ilə görüşüb.
Görüşdə Azərbaycanla Latviya arasında əlaqələrin genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin rolu qeyd edilib. Bildirilib ki, ticarət əlaqələrinin şaxələndirilməsi iqtisadi gündəliyimizin prioritet istiqamətlərindəndəndir və bu sahədə əməkdaşlığın inkişafı üçün müxtəlif mexanizmlər tətbiq edilir. Bu xüsusda Hökumətlərarası Komissiya səmərəli platformadır. Nazir Mikayıl Cabbarov ölkəmizdə aparılan iqtisadi islahatlar, əlverişli investisiya mühiti və tətbiq edilən güzəştlər barədə məlumat verib.
Andris Teikmanis Latviyanın Azərbaycanla əlaqələrə önəm verdiyini, münasibətlərin artan dinamikasında aparılan müzakirələrin əhəmiyyətini vurğulayıb.
Tərəflər iqtisadi-ticarət əlaqələrinin və tərəfdaşlığın genişləndirilməsi, o cümlədən “yaşıl” enerji, yüksək texnologiyalar, əczaçılıq, qida təhlükəsizliyi, gəmiçilik və s. istiqamətlərdə əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Latviyanın İnvestisiya və İnkişaf Agentliyi (LIAA) arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, tərəflər arasında qarşılıqlı maraq doğuran müxtəlif sahələr üzrə investisiya layihələrinin həyata keçirilməsinə yönəlmiş uzunmüddətli, səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın qurulması və inkişaf etdirilməsi nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib