Lahıcdan olan sənətkarlar öz işlərini evdə davam etdirir
Koronavirus təhlükəsinə görə ölkədə elan olunan karantin günlərində evdə qalan insanlar faydalı işlə məşğul olmağa çalışırlar. İsmayıllının Lahıc qəsəbəsində yaşayan el sənətkarları da gələn ay turizm mövsümünün başlayacağını nəzərə alaraq karantin dövründə hazırlıq işləri görürlər.
APA TV-nin yerli bürosunun xəbərinə görə, misgər Nəzər Əliyev, yəhər ustası Babil Məmmədov, papaqçı Abdulla Dadaşov karantin günlərində öz işlərini emalatxanada yox, evdə davam etdirirlər.
Onların sözlərinə görə, bu elə bir sənətdir ki, bu işdən ayrılmaq olmur, istər ev şəraitində, istər sexdə onlar öz işləri ilə məşğul olurlar.
Sənətkarlar deyir ki, "evdə qal" o demək deyil ki, bekar oturub heç bir iş görməyəsən. Evdə qalmaqla indiyə qədər vaxt tapıb görə bilmədiyin işləri bitirə bilərsən.
Şahnəzər Bəşirov
APA TV
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı