Lahıcda qədimliklə müasirliyin harmoniyası
Lahıcda ən məşhur sənət misgərlik olub və bu diyar dünyada məhz daha çox bu sənətə görə, şöhrət tapıb.
Qəsəbədə göz oxşayan misgərlik nümunələrinin sərgiləndiyi mağazalardan biri də Kəbləmi Əliyevin mağazasıdır. Kəbləmini burada hər kəs tanıyır. Hətta qonşu kəndlərdə belə, deyirlər ki, əgər sizə mis samovar və ya səhəng lazımdırsa, mütləq Kəbləminin yanına gedin. Usta artıq 52 ildir ki, bu sənətdədir. Onun atası da, babası da misgər olub. Özü isə sənətə uşaq yaşında gəlib və misgərliyin sirlərini atasından öyrənib.
Sənətkarın sözlərinə görə, misi soyuq halda döyürlər və səhvə yol verdikdə, onu düzəltmək olmur. Gərək metalı yenidən əridib işə təzədən başlayasan. Odur ki bu, zərgər dəqiqliyi tələb edir. Usta deyir ki, onun uşaqları da maraqlı mis qablar hazırlayırlar.
Qeyd edək ki, 2015-ci ildə “Lahıc misgərlik sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək