Laçını geri qaytarmaqla biz hansı üstünlükləri əldə edə bildik?
“Uzun illər aparılmış danışıqlar əsnasında hər zaman vasitəçilər Laçın rayonuna hansısa xüsusi bir yanaşma sərgiləyirdilər və Ermənistan bütövlükdə Laçın rayonunun Azərbaycana qaytarılmasını qəbuledilməz sayırdı”.
Bunu Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçına xüsusi nümayəndə təyin olunması ilə əlaqədar qəbulunda deyib. Ölkə başçısı çıxışında Laçının işğalını ölkəmiz üçün böyük faciə, AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti adlandırıb.
Prezident İlham Əliyev çıxışında bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı olan bütün güclər dövlətimizin gücünü gördü. Ölkə başçısı işğal dövründə Laçında çox ciddi məskunlaşma siyasəti aparılırdığını və bölgə üçün rayonun xüsusi əhəmiyyətli olduğunu vurğulayıb.
Laçının işğalı barədə danışan deputat Mahir Abbaszadə deyib ki, hakimiyyət uğrunda mübarizə və hərbçilərin bu prosesə cəlb edilməsi Laçın rayonunun işğalına səbəb olub. O əlavə edib ki, 30 ildən sonra Azərbaycan xalqı və ordusu Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək, işğalda olan bütün torpaqları, o cümlədən Laçını geri qaytardı.
Laçın rayonunun strateji əhəmiyyəti barədə danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, işğaldan sonra Ermənistan heç vaxt şəhəri qaytarmaq istəməyib. Ekspert də rayonun işğalını həmin dövrdə baş verən siyasi böhranla əlaqələndirib və əlavə edib ki, Laçının işğalından sonra Ermənistan və onun havadarları Qarabağa silah-sursatları asanlıqla keçirərək ardıcıl kütləvi qırğınlara, strateji əhəmiyyətli rayonları ələ keçirməyə nail oldular. Ədalət Verdiyev Laçının işğaldan azad edilməsinin üstünlükləri barədə də fikirlərini bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci il sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb və çıxışında bayrağın burada əbədi dalğalanacağını deyib.
“Biz burada əbədi yaşayacağıq! Yaşasın Laçın! Yaşasın Azərbaycan!”
Fuad Sadıqov APA TV
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib