Laçında iki məktəblə bağlı Elm və Təhsil Nazirliyinə pul ayrıldı
Prezident İlham Əliyev Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
APA TV xəbər verir ki, Sərəncama əsasən, Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300,0 min manat ayrılıb.
Dövlət başçısı Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında da Sərəncam imzalayıb.
Sərəncama əsasən, Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə Elm və Təhsil Nazirliyinə ilkin olaraq 800 min manat ayrılıb.
OXŞAR XƏBƏRLƏR
18:25
332
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko
16:29
418
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
16:25
347
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
16:59
1114
Ağdaşda xurma yığımının qızğın çağıdır
16:58
1029
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
16:56
935