Küveytdə yeni hökumət quruldu: İKİ NAZİR QADINDIR
Küveytdə yeni hökumət qurulur.
APA TV bu ölkənin rəsmi agentliyi KUNA-ya istinadən xəbər verir ki, baş nazir Şeyx Əhməd Nəvaf yeni hökuməti qurmaq üçün vəliəhd şahzadəyə təklif edilən adları təqdim edib.
Vəliəhd Şeyx Meşal 15 nazirdən ibarət hökumətin yaradılmasını təsdiqləyib.
Abdullah Əli Abdullah əs-Sali əs-Sabah müdafiə naziri, Hüseyn İsmayıl neft naziri, Əhməd əl-Avadi isə səhiyyə naziri təyin edilib.
Huda əl-Şaycinin sosial xidmətlər naziri, Rana əl-Farisin isə rabitə üzrə dövlət nazirləri təyin edilməklə kabinetə iki qadın nazir daxil edilib.
Qeyd edək ki, son 73 gündə ölkədə Şeyx Əhməd Nəvvafın sədrliyi ilə ikinci hökumət qurulub.
Belə ki, avqustun 2-də Küveyt əmiri Şeyx Nəvaf əl-Cabir əs-Sabahın böyük oğlu Əhməd Nəvafın başçılıq etdiyi hökumət üzvləri and içib. Oktyabrın 2-də isə Küveyt əmiri baş nazir Əhməd Nəvafın istefasını qəbul edib və yeni hökumət qurulana qədər mövcud hökuməti müvəqqəti olaraq təyin edib.
Sentyabrın 29-da isə ölkədə seçkiyə gedən xalq Məclisə 50 üzv seçib.
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi