Kütləvi zəhərlənənlər arasında azyaşlılar da var
Göyçayda yas mərasimində zəhərlənən şəxslərin kimliyi məlum olub.
APA TV-nin xəbərinə görə, rayonun Hacıağabəyli kənd sakini Azər Quliyevin anasının cümə axşamına gələn kənd sakinlərindən - 56 yaşlı Əsli Eminova, 57 yaşlı Kifayət İbrahimova, 35 yaşlı Aybəniz Kərimova, 60 yaşlı İfrat Miriyeva, 37 yaşlı Esmira Quliyeva, 35 yaşlı Ürfət Nuriyeva, 52 yaşlı İlhamə Quliyeva, 43 yaşlı Nuşabə Quliyeva, onun həmyaşıdı Aidə Quliyeva, həmçinin Yeniarx kənd sakinləri 15 yaşlı Turqut Quliyev, 17 yaşlı Aydan Quliyeva, onun həmyaşıdı Zeynəb Quliyeva, 2 yaşlı Gülşən və Ayşən Quluzadələr zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
Onlar nahar vaxtı dovğa və dolma yedikdən sonra halları pisləşib. İshal və qusma əlamətləri isə xəstəxanaya yerləşdirilən şəxlsərin müalicələri davam etdirilir, vəziyyətləri yaxşıdır.
İnsanların nədən zəhərləndiyi hələ ki, dəqiq bilinmir. Analiz üçün qidadan nümunələr götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov APA TV Göyçay
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi