Kurikulumla bağlı yeni dövlət standartı nələri dəyişəcək?
“Məktəbəqədər təhsil haqqında proqram təkmilləşdirilib, ləğv edilməyib. Bu, kurikulumin ləğvi deyil. Biz formal təhsil alırıqsa, bunun bir planı, yəni kurikulumu olmalıdır”.
APA xəbər verir ki, bunu Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib. Onun sözlərinə görə, 2012-ci ildə təsdiq edilmiş kurikulum 3-6 yaşı əhatə edirdi:
“Yeni dövlət standartı 1-6 yaşları təsbit edir, yəni burada 1-6 yaşlı uşaqların nələri öyrənməli olduqlarından söhbət gedir. 1 yaşlı uşağın təhsili dedikdə onların parta arxasında oturdulub yazmaq-öyrətmək yox, inkişaf sahələrindən söhbət gedir. Burada uşaqların fiziki, estetik, idraki, sosial-emosinal inkişafından söhbət gedir. Hoppanmaq, əl çalmaq, rəngləri tanımaq, yemək mamasında özünü aparmaq və s. nəzərdə tutulur. Bu məşğələlər oyun formasında olacaq”.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ