Kürəkənlə qaynata balta-yaba davasına çıxdı - SƏBƏB

Ağstafada kürəkənlə qayınata bir-birinə xəsarət yetirib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Yuxarı Göycəli kəndində baş verib.

Kənd sakini, 1962-ci il təvəllüdlü Aydın Mehdiyev, kürəkəni - 1986-cı il təvəllüdlü Əli Əliyevlə mübahisə edib. Mübahisə dava-dalaşa çevrilib və qayınata kürəkənini döyüb.

Kürəkən isə balta ilə qayınatasına xəsarət yetirib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Qayınatanın sözlərinə görə, mübahisəyə səbəb 2 uşaq anası olan qızının qayınanası və baldızları tərəfindən döyülməsidir.

Araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR