Kürəkən qayınatasını bıçaqladı
Gəncədə qohumların içki məclisi qanla bitib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Natəvan qəsəbəsində qeydə alınıb. 48 yaşlı Əkbər Həsənov kürəkəni 25 yaşlı Mehmandar Babayevlə yeyib-içdikdən sonra aralarında mübahisə düşüb. Bu zaman kürəkən qayınatasına bıçaq zərbələri vurub. Yaralı yaxınlarının köməkliyi rlə xəstəxanasına çatdırılıb.
Zərərçəkmişin həyat yoldaşının sözlərində görə qızını, kürəkənini və qudasını evlərinə qonaq çağırıblar. Qohumların arasında mübahisə azyaşlı uşağın yerə yıxılması üstündə olub. Davadan sonra Mehmandar Babayev iki azyaşlı uşaqlarını qayınatasıgildən götürüb evlərinə getmək istəyib. Əkbər Həsənov balta ilə kürəkənin qorxutmaq istəyib.
Hadisəni törədən şəxs Gəncə Şəhər Baş Polis idarənin Kəpəz rayonun polis idarənin əməkdaşları tərəfində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu Mehdi Məmmədov APA TV
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı