Kürdəmirin icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib.
APA TV-nin məlumatına görə, Binəqədi rayon Məhkəməsində Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb. Məhkəmə təqdimatı təmin edərək təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ceyhun Cəfərov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ötən gün keçirilən əməliyyat nəticəsində saxlanılıb.
O, Cinayət Məcəlləsinin 308.2-ci yəni vəzifə səlahiyyətlərindən sui-istifadə, 311.3.1-ci qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma, 311.3.2-ci rüşvət alma – təkrar törədildikdə və 311.3.3-ci rüşvət alma - külli miqdarda törədildikdə maddələri ilə ittiham olunur.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi