Kürdəmirə gedən suyun qabağını kəsib, Zərdabdakı əkin sahəsini sulayırlar
Kürdəmirdə su ilə bağlı uzun illərdi ki, problem yaşanır.
Rayonun Qarasu kəndi susuzluqdan ən çox əziyyət çəkən kəndlərdəndir. Məhz bu kəndin su problemini bir neçə dəfə işıqlandırmış olsaq da yenə sakinlərin xahişi ilə yolumuzu buradan saldıq. Çünki sakinlər bildirir ki, çəkiliş edildiyi ərəfədə kəndə su verilir, sakitlik olan kimi su da kəsilir.
Uzun illərdi ki, kənddə su problemi yaşanır. Susuzluqdan əkin sahələrindən məhsul götürmək mümkün olmur. Mal-qaraya, toyuq-cücəyə içməyə su tapılmır.
Kür çayından motorlar vasitəsi ilə kanala kifayət qədər su vurulur. Amma su kəndə gəlib çatmır. Sakinlər deyir ki, kimlərinsə himayədarlığı ilə su, qanunsuz olaraq Zərdab rayon ərazisində örüş sahələrinə əkilmiş əkinə verilir.
Sakinlər deyir ki, kəndə içməli su olmadığından suvarma suyundan içməli su kimidə istifadə edirlər. Kanalda su axmadığından qalıb çirklənir. İçmək üçün istifadə etmək mümkün olmadığından əlacsız qalıb maşınlarla içməli su gətizdirməli olurlar.
Məsələyə şifahi olaraq münasibət bildirən Kürdəmir rayon Suvarma sistemləri idarəsinin baş mühəndisi Elşad Qənbərov deyir ki, problemdən xəbərdardırlar. Kənddə su qıtlığına əsas səbəb Kür çayında suyun səviyyəsinin enməsi olub. Hazırda isə kürdə suyun səviyyəsi qalxıb.
Elşad Qənbərov sakinlərin Zərdab rayonunda əkin sahəsinin suvarılması ilə bağlı iddiasına da aydınlıq gətirib. Bildirib ki, sakinlərin haqqında danışdığı Zərdab ərazisindəki əkin sahəsi şəhid ailəsinə məxsusdur və yalnız bir həftə ərzində onlara su verilib:
“Hazırda şəhid ailəsi suvarma işini qurtarıb. Bu gündən etibarən kənddə su veriləcək deyə”, baş mühəndis qeyd edib.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı