Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun, Kürdəmir rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini 41 yaşlı Habil Əsəd oğlu Alıyevin idarə etdiyi "Mercedes" markalı minik maşını ilə Oruc Rza oğlu Əliyevin idarə etdiyi "Lexus" markalı maşın toqquşub.
Zərbənin təsirindən "Mercedes" yoldan çıxaraq aşıb. Nəticədə aşan avtomobilin sərnişinləri - 61 yaşlı Dilarə Şəmistan qızı Əliyeva, 81 yaşlı Zəhra Həsən qızı Əliyeva və 15 yaşlı Nəzrin Habil qızı Əliyeva müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:50
993
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1052
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1008
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
989
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
994
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
994