Kürdəmirdə qadın əməliyyatdan sonra ölüb
Kürdəmir sakini əməliyyatdan sonra xəstəxanada ölüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Yenikənd kənd sakini, 1979-cu il təvəllüdlü Saray Ağamusa qızı Eminova Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Xəstə əməliyyat olunub və səhəri gün xəstəxanada vəfat edib. Saray Eminovanın meyiti aidiyyəti üzrə təhvil verilib.
Mərhumun yaxınları ölüm hadisəsinin məhz həkim səhlənkarlığı səbəbindən baş verdiyini bildirirlər. .
Xəstəxanadan APA TV-nin yerli bürosuna verilən məlumata görə, xəstə Saray Eminova "uşaqlığın Leomioması, qanaxma ilə" diaqnozu ilə xəstəxanaya daxil olub. Əməliyyat prosesi protokola uyğun olaraq icra edilib. Əməliyyat vaxtı heç bir ağırlaşma halı qeydə alınmayıb. Əməliyyatın səhəri gün xəstənin halı qəflətən pisləşib. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək