Kürdəmirdə oğurluq hadisəsi baş verib
Kürdəmir rayonunda oğurluq hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Xınıslı kənd sakini Rəfail İnqilab oğlu Məmmədov Kürdəmir rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus fərdi yaşayış evindən müəyyən əşyalar oğurlandığını bildirib. Bununla bağlı rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin oğurluq hadisəsini törədən şəxslər əvvəllər məhkum olunmuş Kürdəmir rayon sakinləri Rövşən Rasim oğlu Babaşov və İntiqam İftixar oğlu Cabbarovdur. Hər iki şəxs tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, onlar, ümumilikdə, Kürdəmir rayon sakinlərinə 4 000 manat məbləğində maddi ziyan vurublar.
Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:28
463
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
572
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2586
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2306
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2294
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1481