Kürdəmirdə “KAMAZ”la" VAZ-2107" toqquşub, 2 nəfər ölüb
Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun H.Əliyev prospektində yerləşən körpünün üzərində qeydə alınıb.
Belə ki, “KAMAZ” markalı yük maşınının sürücüsü Kürdəmir rayon sakini 42 yaşlı Cavadov Xaliq Durmuş oğlu həmin körpüdə hərəkətdə olarkən, onunla əks istiqamətdə hərəkət edən sürücü 29 yaşlı Quliyev Ərzuman İlqar oğlunun idarə etdiyi VAZ-2107 markalı avtomaşınla toqquşub. Nəticədə sürücü Quliyev Ərzuman və onun sərnişini 53 yaşlı Quliyev İlqar Səməd oğlu elə hadisə yerindəcə dünyasını dəyişiblər. Onların meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?