Kürdəmirdə dəmiryolu vağzalı bərbad vəziyyətdədir
Kürdəmirdə dəmiryolu vağzalı bərbad vəziyyətdədir. APA TV-nin yerli bürosunun məlumatına görə, rayon mərkəzində yerləşən dəmiryolu vağzalı istifadəsiz qalan tikiliyə bənzəyir. Sakinlərin şikayəti əsasında çəkiliş aparmaq istədiyimiz vağzalı çox çətin tapdıq. Səbəb isə tikilinin üzərində hansı təşkilata və ya hansı quruma aid olması barədə hər hansı bir yazının olmaması idi. Sakinlər deyir ki, vağzal binasının içində də, çölündə də divarlar adamın üstünə gəlir, gözləmə zalında oturmağa oturacaq tapmaq olmur. Əvvəllər heç olmasa vağzalın həyətindəki ağacların kölgəsində dayanıb qatarı gözləyə bilirdik, indi o ağaclar da baxımsızlıqdan quruyub, yoxa çıxıb. Sözügedən məsələyə münasibət bildirən “Azərbaycan Dəmir Yolları” QSC-nin Kürdəmir stansiyasının rəisi İlham Azadov bildirdi ki, pandemiya ilə əlaqədar olaraq hazırda qatarlar Kürdəmir stansiyasında dayanmır. Oturacaqların zaldan götürülməsinə səbəb də məhz budur. Vağzal sərnişinlərə xidmət edir. Tikilinin uçulub dağılmasına və adın götürülməsi isə yarımçıq qalan təmir işləri ilə əlaqədardır. Stansiya rəisi qeyd edib ki, yaxın zamanlarda stansiya tam təmir olunacaq.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."