Kürdəmirdə dəhşətli qətl – ATA 35 YAŞLI OĞLUNU ÖLDÜRÜB
Kürdəmirdə dəhşətli qətl hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, ata 35 yaşlı oğulu güllələyərək öldürüb. Hadisə rayonun Xırdapay kəndində qeydə alınıb.
Kənd sakini, 61 yaşlı Məzahir Heybət oğlu Şəmiyev aralarında baş vermiş münaqişə zəminində oğlu, 35 yaşlı Elkən Şəmiyevi ov tüfəngi ilə güllələyərək öldürüb.
Qonşuların dediyinə görə, bu vaxta kimi ailə həyatı qurmayan Elkən Şəmiyev Moskvada narkotik vasitələrin alğı-satqısı ilə məşğul olduğu üçün 9 il yarım məhkumluq həyatı yaşayıb. Bu hadisə ailədə uzun müddət xoşagəlməz söhbətlərə səbəb olub.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
11:43
851
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
841
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
876
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1314
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1902
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1919