Kürdəmirdə ağır qəza: 6 nəfər öldü, 5 nəfər yaralandı
Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Abbas Kərim oğlu Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Ceyhun Sabir oğlu Piriyevə məxsus "Nissan" toqquşub.
Qəza nəticəsində 54 yaşlı Mehparə Kərim qızı Kərimova, 46 yaşlı Aygün Kərim qızı Kərimova, 12 yaşlı Qorxmaz Abbas oğlu Kərimov, Aylin Natiq qızı Həsənova və 2 yaşlı Sabir Ceyhun oğlu Piriyev dünyasını dəyişiblər.
"Nissan" markalı avtomobilin sürücü Ceyhun Piriyev və sərnişinlər - 34 yaşlı Şəfa Vaqif qızı Piriyeva, Reyhan Kərim qızı Kərimova, Arzu İsrayıl qızı Hətəmova və "Mercedes" markalı avtomobilin sürücüsü Abbas Kərim oğlu Kərimov müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanaya yerləşdiriliblər.
Son məlumata görə, yaralılardan 9 yaşlı uşaq da vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi