Kürdə niyə nəhəng bəndlər tikilir? - Daha balıq olmayacaq?
Neftçala rayonunda Kür çayının Xəzər dənizinə tökülən hər iki qolu üzərində suaşıran bənd tikilir.
Bu bəndlər sayəsində həm intensiv suvarma dövründə suyun səviyyəsi yuxarı qalxacaq, həm də duzlu suyun çay suyuna qarışmasının qarşısı alınacaq.
Sakinlər isə bəndlərin tikilməsini razılıqla qarşılamırlar. Onların sözlərinə görə, suaşıran bəndin inşasından sonra balıqlar Kürə daxil ola bilməyəcək, olanların da sayı azalacaq.
Nazirlər Kabineti yanında yaradılan su komissiyasının eksperti, Aqrar elmlər doktoru, ekoloq Mehman Rzayev deyir ki, Kürün suyu Xəzər dənizinin duzlu suları ilə qarışdığı üçün nə içmək, nə də suvarma məqsədi ilə istifadəyə imkan verirdi. Problemin başqa real həll variantı olmadığı üçün bəndlərin tikilməsi qərarı qəbul edilib.
Qeyd edək ki, Kürün hər iki qolu üzərində işlər yekunlaşmaq üzrədir. Bəndin uzunluğu 350, eni 16 metrdir. Bəndin əsasını iri və xırda çınqıl daşları təşkil edir ki, orta hissədə xüsusi metal qəfəslərdən ibarət zolaq da iri çay daşalrı ilə bərkidilir.
OXŞAR XƏBƏRLƏR
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi