Kürd əsilli muzdluların Ermənistan tərəfdə döyüşdüyü təsdiqlənib
Erməni əsir kürd əsilli muzdluların Ermənistan tərəfdə döyüşdüyünü etiraf edib.
APA TV-nin məlumatına görə, Mikaelyan Albert Yervandi 7 sentyabr 2001-ci il tarixdə Ermənistanın Şirak vilayətinin Artik şəhərində anadan olduğunu deyib.
“2019-cu ilin dekabr ayının 19-da hərbi xidmətə çağırılmışam. Gümrü şəhərində xidmət etmişəm. Orada 6 ay “Faqot”dan istifadə etməyi öyrəndikdən sonra kiçik serjant rütbəsi almışam. Ondan 6 ay sonra mən Martuni şəhərində yerləşən hərbi hissəyə göndərilmişəm. Orada tank əleyhinə tağımda olmuşam. Həmin tağımda müntəzəm olaraq hərbi təlimlər keçirilirdi. Hərbi hissədə müddətli, müddətdən artıq hərbi qulluqçular və kürd əsilli muzdlulardan ibarət 1500 nəfər var idi. Orda muzdlular hər ay 600 ABŞ dolları pul alırdılar və onlar ancaq öz dillərində danışırdılar. 10-15 nəfərlik dəstələrdən ibarət olan muzdlular yerli şəraiti öyrənirdilər və döyüşə hazırlaşırdılar”, - deyə A. Mikaelyan bildirib.
OXŞAR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub