Kür quruyub, sal yanıb, nasoslar da işləmir
Əzizinəm sal yana,
Dara zülfün sal yana,
Necəsən bir ah çəkim,
Kür quruya, sal yana...
Vaxtilə suyunun gurluğunun şeirlərimizin bədii təsvir vasitəsinə çevirdiyi, kəndləri yuyub aparan dəli Kür qurumağa başlayıb.
Kür çayının Neftçala və Salyan rayonları ərazisindən keçən hissəsində suyun səviyyəsinin azalması müşahidə olunur.
Su olmadığı üçün nasoslar fəaliyyətlərini tam dayandırıblar. Hazırda Kür çayında olan azacıq sular qrunt və çirkab sulardı. Bu isə istifadə üçün yararlı deyil.
Kür çayındakı vəziyyətlə bağlı ETSN-in əlaqədar qurumuna müraciət etdik. Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirdi ki, son illərdə yağıntının azalması və sudan kortəbii istifadə nəticəsində suyun azalması müşahidə edilir.
Asif Verdiyev onu da bildirib ki, mart ayının 9-dan başlayaraq Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən böyük və kiçik Qafqazın dağlıq ərazilərində 5 istiqamətdə ekspedisiya təşkil olunacaq və dağlıq ərazilərdə qar ehtiyatı müəyyən ediləcək. Meteoroloji şərait də təhlil edildikdən sonra artıq mart ayının sonunda proqnoz tərtib ediləcək.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib