Kür çayında çimən 4 nəfər burulğana düşdü – BİRİ BATDI
Bərdədə Kür çayında boğulan 4 nəfər gəncdən 1-i boğulub, 3-ü xilas edilib.
APA TV xəbər verir ki, hadisə rayonun Kür çayının Nazırlı kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. Kəndin mal növbəsinə gedən kənd sakinləri 2002-ci il təvəllüdlü Mirağazadə Röyal Rafiq oğlu, Əliyev Məhəmməd Elşad oğlu, Süleymanov Şəmistan Xasay oğlu və Göyüşov Ozan Yusif oğlu “Kür” çayında çimərkən eyni vaxtda burulğana düşüb. Gənclərdən biri çaydan çıxmağı bacarıb. Onun səsinə gələn yaxınlıqdakı kənd sakinləri dostlardan ikisini xilas edə bilsələrdə 18 yaşlı Mirağazadə Röyalı xilas edə bilməyiblər.
Hadisə yerinə rayon prokrorluğunun və polis şöbəsinin əməkdaşları cəlb olunub. Axtarışlara FHN-nin dalğıc – axtarış qurupu cəlb olunub. Xilasedicilər “Kür” çayında Röyal Mirağazadənin axtarışlarını davam etdirir.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi