Külli miqdarda narkotik, 18 nəfər narkotacir ələ keçdi - BALAKƏNDƏ
Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən dəstə saxlanılıb. APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gərəkli kənd sakini Eldar Mustafayev və tanışı Zahid Dibirov şübhəli şəxs qismində saxlanılıb. E.Mustafayevin yaşadığı evə baxış keçirilən zaman zirzəmidən bir ədəd çantada 886 qram qurudulmuş marixuana, 2 ədəd sellofan bükümdə 14,151 qram tiryək, eyni zamanda pnevmatik tapança, bir ədəd tüfəng patronu aşkar edilərək götürülüb. Bundan əlavə E. Mustafayev və Z. Dibirovun digər 3 nəfər tanışları ilə qabaqcadan əlbir olaraq meşəlik ərazidə əkib-becərdikləri 339 ədəd çətənə bitkisi və həmin bitkilərdən əldə etdikləri 215 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb. Polisin keçirdiyi digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri, əvvəllər məhkum olunmuş Rauf İsmayılov, Ramil Qandayev, İlham və Ramiz Mahatovlar, Zülfüqar Xəlilov və Ceyhun Namazov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıblar. Onların əvvəlcədən dağlıq ərazidə çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduqları sübuta yetirilib və həmin əraziyə baxış keçirilən zaman oradan yaş vəziyyətdə 163 kq-a yaxın olan çətənə bitkisi, həmin ərazinin kənarından 1 kq 446 qram qurudulmuş marixuana və 985 qram quru vəziyyətdə çətənə bitkisinin budaq və saplaqları aşkar edilərək maddi sübut kimi götürülüb. Bu cinayət əməlində iştirak edən digər şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Keçirilən növbəti əməliyyat tədbirləri ilə rayon ərazisindəki dağ-meşə massivində 215 ədəd çətənə bitkisi, həmin sahənin kənarında yerə qurutmaq üçün sərilən, ümumi çəkisi 8 kq-dan artıq qurudulmamış marixuana aşkar edilib. Keçirilmiş tədbirlərlə həmin ərazidə narkotik vasitələr becərən və saxlayan şəxslərin - qohumlar Elşad və Elman Hacıyevlər, Cuma Əhmədov və rayonun Gərəkli kənd sakini Məhəmməd Xanayev olduğu müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılıb. Bu əməliyyatlar nəticəsində ümumilikdə 18 nəfər haqqında həbs qətimkan tədbiri seçilib. Hər 3 faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."